Arduino əsaslı Multimetr + Android Applikasiya ilə

profile JhonSmith 02 yanvar 2026 14:14 #HƏVƏSKAR İŞ

Salam dostlar. Bir neçə ay əvvəl Arduino ilə qurduğum bir multimetr layihəm vardı və o versiya gərginlik, cərəyan, tutum (kapasitans), induktivlik və müqavimət ölçmələrini kifayət qədər yaxşı edirdi. Amma real istifadə zamanı bir neçə ciddi çatışmazlıqlar ortaya çıxırdı. • Lövhə peşəkar PCB deyildi, çoxlu naqil və qarışıqlıq vardı • Yanlış cərəyan sensoru seçdiyim üçün cərəyan rejimi normal işləmirdi • Ən böyük problem: hər ölçmə rejimi üçün ayrı prob girişi var idi Klassik multimetrlərdə isə yalnız bir prob girişi olur və rejimlər rotary switch (döner seçici) ilə dəyişir. İnternetde axtarış edərkən electronoobs-un bir multimeter layihəsi qarşıma çıxdı. Sizinlədə bölüşmək istədim. Artıq prob üçün yalnız bir giriş var. Ölçmə rejimi rotary switch vasitəsilə seçilir. Bu, həm istifadəni rahat edir, həm də sxemi “təmiz” saxlayır. Gərginlik, müqavimət, tutum və induktivlik ölçmələrində sistem diapazonu özü seçir, yəni istifadəçi “range” ilə əlləşmir. ADS1115 ADC modulunu differensial rejimdə istifadə etdiyim üçün artıq mənfi gərginlikləri də oxuya bilirəm (məs: -1.2V kimi). Sxemdə full bridge rectifier (tam körpü düzləndirici) və filtr kondensatoru var. Bu sayədə AC gərginlik ölçümü də mümkündür. Bu sxem Arduino əsaslı olduğu üçün Bluetooth modulu taxıb, hazır kodlarla biraz dəyişiklik edib və Android application hazırlayıb ən qısa zamanda sizlərlə paylaşmaq istəyirəm. Əziz elektronika həvəskarları bu sizin üçün nə qədər faydalıdır?

Əlavə edilmiş şəkillər
topic image
02 yanvar 2026 14:14
Zəhmət olmasa, şərh paylaşmaq üçün sistemə daxil olun
Daxil ol
Şərhlər
profile hamidsultanzadeh 03 yan 2026 13:40
Android applikasiyada görüləcək işlər maraqlıdır
Yüklənir...